...

Velosipedçilərimizin Fransa uğuru (VİDEO)

İdman Materials 30 Aprel 2015 11:45 (UTC +04:00)
Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 29-da keçirilən 169 km-lik 5-ci mərhələsi “Synergy Baku” üçün daha bir uğurlu nəticə ilə yadda qalıb.
Velosipedçilərimizin Fransa uğuru (VİDEO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 29-da keçirilən 169 km-lik 5-ci mərhələsi "Synergy Baku" üçün daha bir uğurlu nəticə ilə yadda qalıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, komandamızın üzvü Matey Müqerli məsafəni 4 saat, 13 dəqiqə, 4 saniyəyə başa vurub və bununla da finiş xəttini 3-cü keçib.

Xatırladaq ki, Matey Müqerli "Le Tour de Bretagne"ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşamışdı. 4-cü mərhələdə isə Yannis Tamuridis fərqlənərək 2-ci olmuşdu. 5-ci mərhələdə digər velosipedçilərimizin çıxışına gəlincə, Maksim Averin 13-cü, Dennis van Vinden isə 18-ci nəticə göstərib.

5-ci mərhələdəki uğurlu çıxışı Müqerliyə ümumi təsnifatda 5-ci pilləyə yüksəlməyə imkan verib. İndi o liderdən cəmi 24 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" bir pillə irəliləyib və hazırda 22 kollektiv arasında 2-ci yerdədir.

Bu gün keçiriləcək 6-cı mərhələdə iştirakçılar 149 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d'Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti