...

“Qarabağ” - “Yanq Boyz” oyununun vaxtı müəyyənləşib

İdman Materials 16 Avqust 2015 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend/

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində Azərbaycan təmsilçisi "Qarabağ" və İsveçrə komandası "Yanq Boyz" komandaları arasında Bakıda keçiriləcək cavab qarşılaşmasının vaxtı müəyyənləşib.

Trend-in UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, cavab görüşü avqustun 27-də saat 21:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Qeyd edək ki, komandalar arasında keçiriləcək ilk görüş avqustun 20-də Bakı vaxtı ilə saat 23:00-da Berndəki "Stad de Syuiss" stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti