...

"Baku Open 2015" beynəlxalq şahmat festivalında 5-ci tur başa çatıb

İdman Materials 5 Oktyabr 2015 16:58 (UTC +04:00)
Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş ənənəvi “Baku Open 2015” beynəlxalq şahmat festivalında 5-ci turun oyunları başa çatıb.
"Baku Open 2015" beynəlxalq şahmat festivalında 5-ci tur başa çatıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş ənənəvi "Baku Open 2015" beynəlxalq şahmat festivalında 5-ci turun oyunları başa çatıb.

Trend-in məlumatına görə, A turnirində 5-ci turda təmsilçimiz Nicat Abasov ukraynalı Mikhaylo Oleksiyenko ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin xeyrinə başa çatıb. Beləliklə, N.Abasov 5 turdan sonra 4 xalla liderlər sırasındadır. Bu turda İran şahmatçısı Gaem Maghami Ehsan ilə Hindistan təmsilçisi Sethuraman xalları yarı bölüb. Hindistanlı Adhiban Baskaran həmyerlisi Puranik Abhimanyu üzərində qələbə qazanıb. Vüqar Rəsulov isə Qolami Aryanı məğlubiyyətə uğradıb.

5 turdan sonra N.Abasov, G.Ehsan və Hindistan şahmatçıları - Sethuraman və A.Baskaran 4 xal toplayaraq zirvəni bölüşdürürlər.

B qrupunda isə 5 turdan sonra iki hakimiyyətlilikdir .Şəhriyar Həsənov və Fariz Əhmədov 5 oyundan 5 xal toplayaraq turnirə liderlik edirlər. 3-cü pillədə isə aktivinə 4.5 xal yazan iranlı Ahmadreza Afşari qərarlaşıb.

Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.

İnformasiya dəstəyi: Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti