...

Atletika üzrə paralimpiya milli komandamız “FƏZZA” Qran-Pri turnirinə yola düşüb

İdman Materials 15 Mart 2016 09:15 (UTC +04:00)
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika üzrə paralimpiya milli komandası martın 14-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərinə yola düşüb.
Atletika üzrə paralimpiya milli komandamız “FƏZZA” Qran-Pri turnirinə yola düşüb

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika üzrə paralimpiya milli komandası martın 14-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubay şəhərinə yola düşüb.

Trend-ə verilən məlumata görə, atletika üzrə paralimpiya milli komandamız 16-21 mart tarixində Dubayda keçiriləcək 8-ci "FƏZZA" Qran-Pri turnirinə qatılacaq. Rio-2016 Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 26 idmançımız qüvvəsini sınayacaq.
Onlar arasında Paralimpiya Oyunlarının mükafatçıları, beynəlxalq yarışların qalibləri, eyni zamanda dünya rekordçusu var.

Xatırladaq ki, Paralimpiyaçılarımız Brazilyada keçiriləcək yay paralimpiya oyunlarına, bu günə qədər 16 lisenziya qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti