...

"Barselona" və "Bavariya" 1/4 finala vəsiqə qazandılar (VİDEO)

İdman Materials 17 Mart 2016 02:30 (UTC +04:00)
Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirilib
"Barselona" və "Bavariya" 1/4 finala vəsiqə qazandılar (VİDEO)

Bakı. Trend:

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, İspaniyada "Barselona" "Arsenal"ı qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn kataloniyalılar 1/4 finalın bir addımlığında idi. Bu görüşdə də 3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi 1/4 finala adlayıb.

Digər oyunda isə "Yuventus" "Bavariya"nın qonağı olub. Turində keçirilən ilk oyunda 2:2 hesablı bərabərlik qeydə alındığından Münhen klubu mərhələ adlamağa daha şanslı idi.

Lakin qonaqlar ilk hissədə daha şanslı olub. "Yuventus"un ilk hissədə vurduğu iki qola ev sahibləri 73 və 91-ci dəqiqələrdə cavab verərək, oyunu əlavə vaxta qədər daşıyıblar. Burada "Bavariya" iki dəfə fərqlənərək 1/4 finala adlayan son komanda olub.

Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 3:1

Qollar: Neymar, 18 (1:0), Elneni, 51 (1:1), Suarez, 65 (2:1), Messi, 88 (3:1)

İlk oyun - 2:0

"Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya) - 4:2

Qollar: Poqba, 5 (0:1), Kuadrado, 28 (0:2), Levandovski, 73 (1:2), Müller, 90+1 (2:2), Alkantara, 108 (3:2), Koman, 110 (4:2)

İlk oyun - 2:2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti