...

Güləşçimiz erməni rəqibini məğlub edib olimpiadaya vəsiqə qazandı

İdman Materials 16 Aprel 2016 15:58 (UTC +04:00)

Bakı. Trend:

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Turnirin finalına yüksələn hər bir güləşçi olimpiadaya vəsiqə qazanır.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ikinci yarış günündə yığmamızın daha 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb.

Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burca, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib.

Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio olimpiadasına vəsiqəni təmin edib.

63 kq (qadın)

1/4 final - Adela Hanzlickova (Çexiya) - İrina Netreba 4:10
1/2 final - İrina Netreba - Anastasia Bratçikova (Rusiya) 2:7
Bürünc medal görüşü - Aqoro Papavasileiou (Yunanıstan) - İrina Netreba

74 kq (sərbəst)

1/8 final - Cəbrayıl Həsənov - Aleksandru Burca (Moldova) 11:0
1/4 final - Cəbrayıl Həsənov - Kristian Brzozovski (Polşa) 10:0 (1 dəq 46 san)
1/2 final - Cəbrayıl Həsənov - Suren Xaçatryan (Ermənistan) 10:0 (51 san) (Olimpiadaya lisenziya qazandı)
FİNAL - Cəbrayıl Həsənov

Final görüşləri saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti