Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçirilir.
Trend-in məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" səfərdə Maltanın "Baltsan" klubunun qonağı olub.
Oyunun 14-cü dəqiqəsində Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesabı açıb.
84-cü dəqiqədə isə Ruslan Qurbanov penalti zərbəsindən sonra oyunda son nöqtəni qoyub - 0:2.
Xatırladaq ki, bu mərhələdə mübarizə aparan "Qəbələ" Gürcüstanın "Samtredia" klubunu 3:0 hesabı ilə məğlub edib. "Kəpəz" isə Moldovanın "Daçiya" klubu ilə qolsuz bərabərə qalmışdı.