...

Ramil Şeydayev millimizdə oynayacaqmı?

İdman Materials 13 İyul 2016 18:41 (UTC +04:00)

Bakı. Trend:

Futbolçu Ramil Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.

Trend AFFA-ya istinadən məlumat verir ki, R.Şeydayevin Azərbaycan milli komandasında çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb.

FIFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 20 yaşlı R.Şeydayev ötən futbol mövsümündə “Zenit-2” komandasında çıxış edib. Azərbaycanlı futbolçu qarşıdakı mövsümdən Türkiyənin “Trabzonspor” klubunda oynayacaq.

Xəbər lenti

Xəbər lenti