Bakı. Trend:
UEFA Avropa Liqası turnirində çıxış edən təmsilçilərimiz "Qəbələ" və "Qarabağ" bu gün pley-off mərhələsində cavab oyununu keçirəcək.
Trend-in məlumatına görə, “Qarabağ” - “Qöteborq” oyunu saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oyunun baş hakimi Vladislav Bezborodov, onun köməkçiləri Valeri Dançenko, Maksim Qavrilin, dördüncü hakim isə Kirill Levnikovdur. Hakimlər Rusiyadandır.
Xatırladaq ki, İsveçdə keçirilən ilk oyunda "Qarabağ" minimal hesabla məğlub olmuşdu.
Bakıda 3:1 hesabı ilə qələbə qazanan "Qəbələ" isə Sloveniyada “Maribor”un qonağı olacaq. Oyunu tanınmış macar hakim Viktor Kaşşai idarə edəcək.
Qeyd edək ki, "Qarabağ" və "Qəbələ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparmışdılar.