...

Kriştiano Ronaldo Avropanın ən yaxşısı oldu

İdman Materials 27 Dekabr 2016 17:48 (UTC +04:00)
“Real”ın və Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo 2016-cı ildə Avropanın ən yaxşı idmançısı seçilib.
Kriştiano Ronaldo Avropanın ən yaxşısı oldu

Bakı. Trend:

“Real”ın və Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo 2016-cı ildə Avropanın ən yaxşı idmançısı seçilib. Trend bu barədə "İnterfaks" agentliyinə istinadən məlumat verir.

Ronaldo Avropanın 27 informasiya agentliyi arasına keçirilən sorğuda ən çox səsi toplayıb.

Bu il Ronaldo “Kral klubu”nun heyətində Çempionlar Liqasını, UEFA Superkubokunu və klublar arasında dünya çempionatını qazanıb. Milli komanda ilə isə 31 yaşlı portuqaliyalı Avropa çempionatının qalibi olub.

O, bir neçə həftə əvvəl Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top”a da layiq görülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti