Bakı. Trend:
Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edib.
İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monqolustan idmançısı Tsetseqbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparıb.
Həlledici görüşdə E.Manolova Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edərək turnirin bürünc medalını qazanıb.