Bakı. Trend:
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Bakının Su İdman Oyunları Sarayında üzgüçülük yarışlarına start verilib.
Trend-in məlumatına görə, kişilər arasında 50 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarından başlanıb. Türkiyəli üzgüçü Hüseyn Əmrə Sakçı ən yaxşı nəticə göstərib - 28,09 saniyə.
Azərbaycan üzgüçüsü Vəli İsrafilov 32,48 saniyə nəticə ilə 19-cu yeri tutub.
Kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında isə iordaniyalı Kader Qetriç Baqla 4:00.13 saniyə nəticə göstərərək birinci olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.