...

"Zirə" - "Differdanj 03" oyunu Myvideo TV-də canlı yayımlanacaq

İdman Materials 5 İyul 2017 20:46 (UTC +04:00)

Bakı. Taleh Ağaverdiyev - Trend:

Azərbaycanın "Zirə" futbol klubu UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində sabah Lüksemburqun "Differdanj 03" klubu ilə qarşılaşacaq.

Trend-in məlumatına görə, oyun Myvideo TV-nin (KATV1 və Myvideo.az internet saytı) efirində canlı yayımlanacaq.

Oyunun canlı yayımı 6 iyul saat 21:00-da olacaq.

Qeyd edək ki, iyunun 29-da Bakıda komandalar arasında keçirilmiş birinci görüşdə "Zirə" klubu 2:0 hesabı ilə qələbə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti