Bakı. Trend:
Çinin "Tyanszin Syuanszyan" komandası Almaniyanın "Borussiya" (Dortmund) klubunun qabonlu futbolçusu Pyer-Erik Obameyanqa 85 milyon avro təklif edib.
Trend-in məlumatına görə, Çində transfer pəncərəsi iyulun 14-də bağlanır.
Obameyanqın xidmətlərində İtaliyanın "Milan" klubu da maraqlıdır.
Qeyd edək ki, afrikalı futbolçu 2013-cü ilin iyulundan "Borussiya"da çıxış edir. Burada 189 oyun keçirən hücumçu 120 qol vurub. Obameyanqın Dortmund komandası ilə müqaviləsi 2020-ci il iyunun 20-də başa çatır.