...

Ulduz futbolçu ölümdən döndü

İdman Materials 29 Sentyabr 2017 10:05 (UTC +04:00)
"Mançester Siti" klubunun argentinalı oyunçusu Serxio Aquero Amsterdamda yol qəzasına düşüb.
Ulduz futbolçu ölümdən döndü

Bakı. Trend:

İngiltərənin "Mançester Siti" klubunun argentinalı oyunçusu Serxio Aquero Amsterdamda yol qəzasına düşüb.

Trend-in məlumatına görə, 29 yaşlı futbolçu kolumbiyalı müğənni Malumanın konsertində iştirak etmək üçün Niderland paytaxtına gəlib. Konsertdən sonra hava limanına taksidə yollanan S.Aquero sürücünün idarəetməni itirməsi ilə avtomobilin dirəyə çırpılması nəticəsində xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən ulduz futbolçu qabırğasındakı qırıqlar səbəbindən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

S.Aqueronun təhlükəsizlik kəmərini bağladığı üçün daha ciddi xəsarətdən qurtulduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti