...

Bakıda beynəlxalq məşqçilər seminarı və üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçirilir (FOTO)

İdman Materials 25 Noyabr 2017 08:00 (UTC +04:00)
Bakı Su İdman Sarayında II Üzgüçülük üzrə Məşqçilər üçün Beynəlxalq Seminar işə başlayıb
Bakıda beynəlxalq məşqçilər seminarı və üzgüçülük üzrə Açıq Azərbaycan Çempionatı keçirilir (FOTO)

Bakı. Şahin Kazımzadə - Trend:

Bakı Su İdman Sarayında II Üzgüçülük üzrə Məşqçilər üçün Beynəlxalq Seminar işə başlayıb. Seminarın məqsədi - yerli mütəxəssislərin ixtisasının artırılması, məşqçilər peşəkarlığının artırılması və əhali arasında üzgüçülüyü idman növü kimi populyarlaşdırılması.

Milli komandanın məşqçisi Rəşad Əbdürrəhmanov Trend-ə bildirib ki, üçgünlük seminarın işində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri də iştirak edir. Bu təşkilatın rəhbərləri, tanınmış doktorlar və hüquqşünaslar öz çıxışlarında dəyərli tövsiyələr verdilər, qadağan olunmuş vasitələr haqqında seminar iştirakçılarına məlumat verdilər.

Seminarla paralel olaraq Üzgüçülük Çoxnövçülüyü üzrə Açıq Azərbaycan Çempionatına start verilib. Çempionatda 3 ölkədən 120 üzgüçü (70 kişi, 50 qadın) iştirak edir. 35 nəfər Gürcüstan idmançısı, 4 Qazaxıstan, qalanları isə Azərbaycan idmançılarıdır.

Yarış beynəlxalq qaydalara və standartlara uyğun keçirilir. Hovuzun üzərində elektron lövhə quraşdırılıb, suya tullanmaları müasir tayminq sistemi izləyir, tamaşaçıların marağı, xüsusilə ən gənclərin, olduqca yüksəkdir.

Azərbaycanda su idman növlərinin inkişafına böyük diqqət yetirilir. Milli federasiyanın işi başda federasiyanın prezidenti Xanlar Fətiyev olmaqla ayrı sözlərə layiqdir. Belə, su idman növlərinə münasibət tam dəyişib, beynəlxalq qurumlarla münasibətlərdə fundamental yanaşma milli federasiyanın nüfuzunu artırıb, Azərbaycan üzgüçüləri bir çox mötəbər turnirlərin daimi iştirakçısı olub, ölkənin yığması formalaşır və diqqətlə seleksiya işləri aparılır, maddi-texniki baza yenilənir və təkmilləşir.

Xəbər lenti

Xəbər lenti