...

AÇ-2018: Yunan-Roma yığmamız Avropa üçüncüsü oldu (FOTO)

İdman Materials 3 May 2018 09:13 (UTC +04:00)
Güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurub.
AÇ-2018: Yunan-Roma yığmamız Avropa üçüncüsü oldu (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatda yunan-Roma güləşi yarışları başa çatıb. Yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) qazandırıb.

Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti