...

Yeniyetmə güləşçilərin Avropa çempionatı başlayır - HEYƏT

İdman Materials 11 May 2018 16:29 (UTC +04:00)
Mayın 14-də Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək.
Yeniyetmə güləşçilərin Avropa çempionatı başlayır - HEYƏT

Bakı. Trend:

Mayın 14-də Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürəcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda hər 3 güləş növü üzrə yığma komandamızın üzvləri iştirak edəcəklər.

Çempionatın proqramına əsasən, 14-16 mayda sərbəst, 16-18 mayda isə yeniyetmə qızlar mübarizə aparacaqlar. Yunan-Roma güləşçiləri isə mayın 18-20-də xalça üzərinə çıxacaq.

Sərbəst güləş yığmamızın heyətində Kənan Heybətov (45 kq), Əlihəsən Əmirli (48 kq), Riyad Aslanov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Turan Bayramov (65 kq), Rəşad Əzizov (71 kq), Fuad Mayılov (80 kq), Sənan Əlizadə (92 kq) və İslam Abuyev (110 kq) yer alıblar. Yığmaya böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyev rəhbərlik edəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Qeyd edək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti