Bakı. Trend:
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində ikinci 1/8 final oyunu keçirilib.
Trend-in məlumatına görə, “Fişt” stadionunda baş tutan oyunda Uruqvay və Portuqaliya yığmaları qarşılaşıb. Oyun cənubi amerikalıların 2:1 hesablı qələbələri ilə başa çatıb.
Oyunda ilk qolu 7-ci dəqiqədi Edinson Kavani vurub. Portuqaliya hesabı 55-ci dəqiqədə bərabərləşdirib. Hücumçuların edə bilmədiyini müdafiəçi Pepe edib – 1:1.
İkinci hissənin 62-ci dəqiqəsində Kavani dubla imza atıb və komandasının qələbə qolunu vurub.
Beləliklə, Uruqvay millisi ¼ final mərhələsinə yüksəlib. ¼ finalda Uruqvayın rəqibi Fransa yığması olacaq. Komandalar arasında matç iyulun 6-da 18:00-da keçiriləcək.