...

Boksçularımız Ukraynada beynəlxalq turnirdə qüvvəsini sınayacaq

İdman Materials 14 İyul 2018 17:09 (UTC +04:00)
İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Boksçularımız Ukraynada beynəlxalq turnirdə qüvvəsini sınayacaq

Bakı. Trend:

İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 7 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmiz Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirə 5 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.

Qeyd edək ki, yığmamız səfərə bu gün axşam yollanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti