Bakı. Tural Turan - Trend:
Turun son oyununda “Kristal Palas” və “Liverpul” üz-üzə gəlib. Trend-in məlumatına görə, Oyun qonaqların qələbəsi ilə yekunlaşıb (0:2).
Matçda hesab birinci hissənin son dəqiqəsində açılıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən sonra Ceyms Milner şansını boşa verməyib. Qarşılaşmanın 75-ci dəqiqəsində hakim "Kristal Palas" klubunun müdafiəçisi Van-Bissakaya qırmızı kart göstərərək meydandan kənarlaşdırıb. Oyunda son nöqtəni "Liverpul" klubunun seneqallı oyunçusu Sadio Mane qoyub. Qapıçı ilə təkbətək qalan hücumçu adını tabloya yazdırıb - 0:2. Beləliklə, "Liverpul" klubu Premyer-Liqada ardıcıl ikinci dəfə qələbə qazanıb.
Növbəti turda "Liverpul" "Brayton"la, "Kristal Palas" isə "Uotford" klubu ilə qarşılaşacaq.