Bakı. Trend:
"Liverpul" komandasının misirli hücumçusu Məhəmməd Salah Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tərəfindən ötən mövsümün ən gözəl qolunun müəlifi seçilib.
Trend-in məlumatına görə, söhbət Salahın 2017-ci ilin dekabr ayında İngiltərə Çempionatı çərçivəsində "Everton"un qapısından keçirdiyi qoldan gedir.
Bu qolla bərabər mükafata Rusiya yığmasının yarımmüdafiəçisi Denis Çerışevin DÇ-2018-in 1/4 finalında Xorvatiya millisinin qapısından keçirdiyi qol da iddia edirdi.