...

MOİK-dən gözlənilməz qələbə, “Real Madrid” Moskvadan xalsız qayıdır

İdman Materials 3 Oktyabr 2018 00:57 (UTC +04:00)
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Rusiyanın MOİK komandası İspaniyanın “kral klubu"nu qəbul edib.
MOİK-dən gözlənilməz qələbə, “Real Madrid” Moskvadan xalsız qayıdır

Bakı. Trend:

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Rusiyanın MOİK komandası İspaniyanın “kral klubu"nu qəbul edib.

Trend-in məlumatına görə, oyun Moskvada “Lujniki” stadionunda keçirilib.

Matç Rusiya təmsilçisinin gözlənilməz qələbəsi ilə yelunlaşıb. Meydan sahibləri minimal üstünlüklə madridliləri xalsız qoyublar – 1:0. Oyunun yeganə qolunu 2-ci dəqiqədə Nikola Vlasiç vurub.

Beləliklə, “G” qrupunda 2 turdan sonra birinci yerdə “MOİK”dir (4 xal), ikinci yerdə “Roma” qərarlaşıb (3 xal). Üçüncü və dördüncü yerləri müvafiq olaraq “Real Madrid” (3 xal) və “Viktoriya Plzen” (1 xal) bölüşdürürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti