...

Azərbaycan 2020-ci ildə güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək

İdman Materials 11 Oktyabr 2018 17:34 (UTC +04:00)
Avstriyanın Vyana şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib.
Azərbaycan 2020-ci ildə güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək

Bakı. Trend:

Avstriyanın Vyana şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilib.

Beləliklə, 2020-ci ildə Azərbaycana güllə atıcılığı üzrə Dünya Kubokunun keçirilməsi həvalə olunub. Yarışlar güllə atıcılığın 10 olimpiya növündə keçiriləcək:

Kişilər - Qadınlar

10 m pnevmatik tapança - kişilər
10 m pnevmatik tapança - qadınlar
10 m pnevmatik tüfəng - kişilər
10 m pnevmatik tüfəng - qadınlar
25 m sürətli atəş tapança - kişilər
25 tapanca - qadınlar
50 m tüfəng 3 mövqe - kişilər
50 m tüfəng 3 mövqe - qadınlar

Qarışıq komanda növləri (1 kişi + 1 qadın)
10 m pnevmatik tapança
10 m pnevmatik tüfəng

Dünya Kuboku 19-27 iyun 2020-ci il tarixlərdə keçiriləcək və Tokio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku olacaq. Qeyd edək ki, 2016-ci ildə Rio Olimpiya Oyunlarından əvvəl son Dünya Kuboku Bakı şəhərində keçirilib.

Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti