Bakı. Tural Turan - Trend:
İngiltərə Premyer Liqası 18-ci turunda “Vulverhempton” doğma meydanda “Liverpul”u qəbul edib. Trend-in məlumatına görə, matç 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Oyunda 18-ci dəqiqədə Salah və 68-ci dəqiqədə Van Dayk fərqlənə biliblər.
“Liverpul” bu qələbə sayəsində 48 xalla birinci pilədəki yerini bir az da möhkəmləndirib. “Vulverhempton” isə 25 xalla 7-ci pillədə qərarlaşıb.