Bakı. Trend:
İngiltərənin "Liverpul" komandasının misirli hücumçusu Məhəmməd Salah Afrikada ilin ən yaxşı futbolçusu adına laiq görülüb.
Trend-in məlumatına görə, mükafatlandırma mərasimi Dakarda keçirilib. 26 yaşlı futbolçu ilə yanaşı mükafata iddia edənlər arasında onunla bir klubda çıxış edən Sadio Mane (Seneqal) və "Arsenal"ın forvardı Pyer-Emerik Obameyang (Qabon) olublar.
Qeyd edək ki, Salah bu mükafata artıq ikinci dəfə laiq görülür. Bu nominasiyada qələbə sayına görə rekordçular Eto'O və Yaya Turedir - 4 dəfə.