...

"Barselona" İspaniya Çempionatının 30-cu turunda "Vilyarreal"la heç-heç edib

İdman Materials 3 Aprel 2019 03:05 (UTC +04:00)
Futbol üzrə İspaniya Çempionatının 30-cu turuna start verilib.
"Barselona" İspaniya Çempionatının 30-cu turunda "Vilyarreal"la heç-heç edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Futbol üzrə İspaniya Çempionatının 30-cu turuna start verilib.

Trend-in məlumatına görə, "Vilyarreal" klubu "Barselona"nı qəbul edib.

"Estadio de la Seramika" (Vilyarreal şəhəri) stadionunda keçirilən oyunda 8 qol vurulub, komandalar heç-heçə ediblər.

Qollar: Filipe Koutinyo 12' (0:1), Malkom 16' (0:2), Samuel Çukvueze 23' (1:2), Karl Toqo Ekambi 50' (2:2), Visente İborra 62' (3:2), Karlos Bakka 80' (4:2), Lionel Messi 90' (4:3), Luis Suarez 90' (4:4).

Qeyd edək ki, 30 oyundan sonra "Barselona" 70 xalla turnir cədvəlinə başçılıq edir, "Vilyarreal" isə 30 xalla 17-cidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti