...

"Barselona" vaxtından əvvəl İspaniya çempionu olub

İdman Materials 28 Aprel 2019 03:39 (UTC +04:00)
İspaniya La Liqasının 35-ci turu çərçivəsində "Barselona" klubu "Levante"ni qəbul edib
"Barselona" vaxtından əvvəl İspaniya çempionu olub

Bakı. Trend:

İspaniya La Liqasının 35-ci turu çərçivəsində "Barselona" klubu "Levante"ni qəbul edib.

Trend-in məlumatına görə, oyunda yeganə qolu 62-ci dəqiqədə ev sahibinin hücumçusu Lionel Messi vurub və qələbə qazandırıb.

Bu qələbə ilə 35 turdan sonra "Barselona" xallarının sayını 83-ə çatdırıb və vaxtından əvvəl İspaniya çempionu olub.

Beləki, "Barselona"nın ən yaxın izləyicisi olan "Atletiko" 35 turdan sonra 74 xal toplaya bilib.

Xəbər lenti

Xəbər lenti