...

Teymur Rəcəbov Riçard Rapportla heç-heçə edib

İdman Materials 17 İyul 2019 05:11 (UTC +04:00)
Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” Beynəlxalq Şahmat Turnirinin üçüncü turu başa çatıb
Teymur Rəcəbov Riçard Rapportla heç-heçə edib

Bakı. Trend:

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” Beynəlxalq Şahmat Turnirinin üçüncü turu başa çatıb.

Trend xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov üçüncü turda Riçard Rapportla (Macarıstan) qarşılaşmasında xalları yarı bölüb.

Qeyd edək ki, şahmatçımız ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə edib. İkinci turda isə almaniyalı Liviu Dieter Nisipeanunu məğlub edib. Üç turun nəticəsinə görə, şahmatçımızın aktivində 2 xal var.

Beynəlxalq turnir iyulun 21-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti