...

Özbəkistan gimnastı: Biz azərbaycanlı gimnastların uğurlarını izləyirik

İdman Materials 18 Sentyabr 2019 19:57 (UTC +04:00)
Dünya çempionatı yarışlarında iştirak etmək böyük məsuliyyətdir
Özbəkistan gimnastı: Biz azərbaycanlı gimnastların uğurlarını izləyirik

Bakı. Cani Babayeva - Trend:

Dünya çempionatı yarışlarında iştirak etmək böyük məsuliyyətdir.

Bunu Trend-ə Özbəkistan gimnastı Nuriniso Usmanova deyib.

O, çıxışının həyəcanlı keçdiyini deyib: “Mən iki növdə çıxış edirəm, amma istənilən halda bu, böyük məsuliyyətdir. Hər çıxışda özünü tamaşaçılara daha yaxşı göstərmək istəyirsən, ona görə bəzən həyəcan olur”.

Gimnast əlavə edib ki, bədii gimnastika üzrə Azərbaycan milli komandasının uğurlarını izləyir:

“Azərbaycanın yaxşı qrup komandası var, fərdi proqramda isə Zöhrə Ağamirova güclüdür”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti