...

"Atalanta" Paşaliçə görə "Çelsi"yə 15 milyon avro ödəyəcək

İdman Materials 6 Aprel 2020 04:44 (UTC +04:00)
"Atalanta" Paşaliçə görə "Çelsi"yə 15 milyon avro ödəyəcək

Bakı. Trend:

İtaliyanın "Atalanta" futbol klubu İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Mario Paşaliçi almaq niyyətindədir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, xorvat futbolçusunun transferi 15 milyon avroya başa gələcək.

Son mövsüm ərzində M.Paşaliç icarə hüquqlarında "Atalanta" klubunun oyunçusu olub. Futbolçu klub uğrunda 32 matçda iştirak edərək 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Çempionlar liqasında "Atalanta" 1/4 finala yüksəlib, lakin koronavirus pandemiyası ilə əlaqədar oyunlar dayandırılıb.

M.Paşaliç "Çelsi" klubuna Xorvatiyanın "Xayduk"undan keçib. Futbolçu bu müddətdə icarə hüquqlarında İspaniyanın "Elçe", "Monako", İtaliyanın "Milan" və Rusiyanın "Spartak" klublarında oyunlar keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti