...

"Çelsi" Kanteni satmaq niyyətindədir

İdman Materials 11 Aprel 2020 03:47 (UTC +04:00)
İngiltərənin "Çelsi" klubu fransalı yarımmüdafiəçi N'qolo Kanteni satmaq niyyətindədir
"Çelsi" Kanteni satmaq niyyətindədir

Bakı. Trend:

İngiltərənin "Çelsi" klubu fransalı yarımmüdafiəçi N'qolo Kanteni satmaq niyyətindədir.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "90min" portalı məlumat yayıb.

Məlumata əsasən, 29 yaşlı yarımmüdafiəçini İspaniyanın "Real" (Madrid) və Fransanın "Pari Sen-Jermen" (PSJ) klubları almaq istəyirlər.

"Transfermarket" portalının məlumatına əsasən, N.Kantenin "Çelsi" ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının 30-dək nəzərdə tutulub. Fransalı futbolçunun transfer qiyməti 80 milyon avro təşkil edir.

Qeyd edək ki, N.Kante cari mövsümdə "Çelsi"nin heyətində 22 oyun keçirib və 3 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti