...

Yüngül atletika üzrə Avropa Çempionatı ləğv olunub

İdman Materials 24 Aprel 2020 09:28 (UTC +04:00)
Yüngül atletika üzrə Avropa Çempionatı ləğv olunub

Bakı. Trend:

Yüngül atletika üzrə 2020-ci il Avropa çempionatı koronavirus pandemiyası səbəbilə ləğv olunub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Avropanın Yüngül Atletika Assosiyasının vitse-prezidenti Dobromir Karamarinov deyib.

Vitse-prezidenti bildirib: "Təəssüf hissi ilə Parisdə Avropa çempionatının ləğv olunduğunu bildirmək məcburiyyətindəyik. Biz ümid edirdik ki, bu çətin ildə idmançıların böyük bir yarışda iştirak etmək imkanı olacaq".

Yarışın təşkilat komitəsinin rəhbəri Jan Qarsiya isə vurğulayıb ki, turniri keçirmək istəyinə baxmayaraq, insanları əlavə riskə atmağın mənası yoxdur.

Qeyd edək ki, yüngül atletika üzrə Avropa Çempionatı 26-30 avqustda Parisdə keçirilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti