...

İdman zalları və futbol oyunlarının bərpası müzakirə edilir - İbrahim Məmmədov

İdman Materials 15 May 2020 18:06 (UTC +04:00)

Baklı. Samir Əli - Trend:

İdman kompleksləri və zallarının açılması ilə bağlı məsələ müzakirə olunur.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə bu məsələ ilə bağlı da qərar verilə bilər: "Futbol oyunlarının keçirilməsi və idman komplekslərinin açlımasına qadağalar hələ ki, qüvvədədir. Növbəti mərhələdə bu məsələ barədə hansı qərar qəbul olunsa, ictimaiyyətə məlumat veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti