...

"Hamburq" klubunun futbolçusu Catta yenidən istintaqa cəlb edilir

İdman Materials 3 İyul 2020 00:33 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın "Hamburq" futbol klubunun oyunçusu Bakeri Catta yaşayış icazəsini alma qaydalarını pozmaqda gunahlandırılır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, polis elektron informasiya daşıyıcılarını ələ keçirmək üçün B.Cattanın mənzilində axtarış aparıb. 22 yaşlı futbolçu yaşayış icazəsi almaq üçün saxta sənəd təqdim etməkdə şübhəli bilinir.

B.Сatta 2016-cı ildən "Hamburq"da oynayır və alman klubunda ümumən 78 oyun keçirib, 9 qol vurub. Ötən mövsüm 34 oyunda iştirak edib, dörd dəfə rəqib qapısından top keçirib.

Almaniya çempionatının ikinci divizionunda meydana çıxan "Hamburq" komandası ötən mövsümü dördüncü yerdə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti