Bakı. Trend:
İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun "İnstagram" sosial şəbəkəsində abunəçilərinin sayı 250 milyonu ötüb.
Trend-in məlumatına görə, K.Ronaldu abunəçilərinin sayı 250 milyon nəfəri ötməklə "İnstagram"da ən çox abunəçisi olan şəxs olub.
Xatırladaq ki, bir neçə gün öncə K.Ronaldu "Globe Soccer" nəşrinin versiyasına görə XXI əsrin ən yaxşı futbolçusu seçilib.