...

Azərbaycan millisi Qətərə məğlub olub

İdman Materials 27 Mart 2021 23:00 (UTC +04:00)
Azərbaycan millisi Qətərə məğlub olub

Bakı. Trend:

Martın 27-də futbol üzrə Qətər və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Trend-in məlumatına görə, Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionundakı qarşılaşma Qətərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamız matçın 16-cı dəqiqəsində Ramil Şeydayevin penalti zərbəsi ilə hesabı açıb. Bu, forvardın yığmada 6-cı qolu olub.

İkinci hissədə rəqib komandasının heyətində Hassan al-Haydos dübl edərək öz komandasına qələbə qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti