...

Serxio Aquero cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq

İdman Materials 30 Mart 2021 01:55 (UTC +04:00)
Serxio Aquero cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq

Bakı. Trend:

İngiltərənin "Mançester Siti" futbol klubunun argentinalı hücumçusu Serxio Aquero 2020/21 mövsümünün sonunda müqaviləsinin bitməsi səbəbindən komandadan ayrılacaq.

Trend-in məlumatına görə, bu barədə "Mançester Siti"nin mətbuat xidməti bildirib.

Klub 32 yaşlı futbolçunun getməsi ilə bağlı mayın 25-də keçiriləcək "Everton"a qarşı son ev oyununda tədbirlər keçirməyi planlaşdırır.

Qeyd edək ki, S.Aquero "Mançester Siti"yə 2011-ci ildə İspaniyanın "Atletiko" klubundan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti