...

Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər

İdman Materials 9 Aprel 2021 19:21 (UTC +04:00)
Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər

Bakı. Orxan Nəbiyev - Trend:

İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Zinəddin Zidan mövsüm sonunda klubu tərk etməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə İspaniya mətbuatı yazır.

Qeyd olunur ki, 48 yaşlı məşqçi mənəvi baxımdan yorulduğunu bildirib.

Z.Zidan "Real"a 2019-cu ildə baş məşqçi təyin olunub. Bundan əvvəl 2016-2018-ci illərdə də o, kluba rəhbərlik edib.

İspaniya mətbuatı "Real"ın sükanı arxasına Almaniya milli komandasının indiki baş məşqçisi Yoahim Lövün gələ biləcəyini yazır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti