...

Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat

İdman Materials 21 Aprel 2021 10:37 (UTC +04:00)
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat

Bakı. Orxan Nəbiyev - Trend:

Bir neçə gün 12 top klubun elan etdiyi Avropa Superliqası fəaliyyətini dayandırdığını bildirib.

Trend-in məlumatına görə, bu barədə liqanın "Twitter"də yayımladığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Superliqanın fəaliyyəti ilə bağlı gələcəkdə müəyyən addımlarım atılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün Superliqaya daxil olan İngiltərənin altı futbol klubu liqadan çıxdığını elan etmişdi.

Superliqa Avropanın 12 top klubu tərəfindən aprelin 19-da elan olunmuşdu.

Bu qərar UEFA və FİFA, eləcə də futbol azarkeşləri tərəfindən etirazla qarşılanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti