...

Mariya Stadnik Tokio-2020-də bürünc medal uğrunda mübarizə aparacaq

İdman Materials 6 Avqust 2021 14:11 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycanın sərbəst güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında 50 kiloqram çəki dərəcəsində yarımfinalda yaponiyalı güləşçi Yui Susaki ilə qarşılaşıb.

Trend-in məlumatına görə, güləşçimiz 11:0 hesabı ilə məğlub olub. O, üçüncü yer uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, M.Stadnik 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşu, 1/4 final mərhələsində isə tunisli güləşçi Sarra Həmdini məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti