...

Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb

İdman Materials 22 Oktyabr 2021 07:14 (UTC +04:00)
Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb

Bakı. Trend:

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçisi olduğu komanda karyerası ərzində ilk dəfə 6 qol buraxıb.

Tredn-in məlumatına görə, "Opta Sports"un "Twitter" hesabında deyilir.

Bildirilir ki, UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində J.Mourinyonun baş məşqçisi olduğu İtaliyanın "Roma" klubu səfərdə Norveçin "Bude-Qlimt" klubuna 1:6 hesabı ilə məğlub olub.

Bundan əvvəl 2010-cu ildə J.Mourinyonun baş məqçisi olduğu "Real" "Barselona" ilə oyunda 5 top buraxıb.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildə "Roma"nın baş məşqçisi təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti