...

Serxio Aquero karyerasını başa vurub

İdman Materials 16 Dekabr 2021 03:14 (UTC +04:00)
Serxio Aquero karyerasını başa vurub

Bakı. Trend:

İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Serxio Aquero ürəyində problemə görə karyerasını bitirdiyini açıqlayıb.

Trend xəbər verir ki, futbolçu bu qərarı 10 gün əvvəl qəbul etdiyini bildirib : "Peşəkar karyeramı bitirmək qərarına gəldim. Bu, çox çətin bir məqamdır".

Hazırda özünü yaxşı hiss etdiyini qeyd edən Aquero, ilk fiziki müayinədən keçəndə tibb işçilərinin ona oynamağa davam edə bilməyəcəyi ehtimalınən çox yüksək olduğunu söylədiklərini deyib.

Oktyabrın 30-da argentinalı futbolçu matç zamanı döş qəfəsində ağrılar hiss etdiyindən vaxtından əvvəl meydanı tərk etmişdir. Noyabrda isə məlum oldu ki, Aguero üç oyunu buraxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti