...

İtaliya A Seriyası: "İnter" "Sassuolo"ya məğlub oldu

İdman Materials 21 Fevral 2022 03:54 (UTC +04:00)
İtaliya A Seriyası: "İnter" "Sassuolo"ya məğlub oldu

Bakı. Trend:

Futbol üzrə İtaliya A Seriyasının 26-cı turu çərçivəsində "İnter" öz meydanında "Sassuolo"nu qəbul edib.

Trend-in məlumatına görə, oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları C.Raspadori (8-ci dəqiqə) və C.Skamaçça (26) vurublar.

26 turdan sonra 54 xal toplayan "İnter" (25 oyun keçirib) turnir cədvəlinin ikinci yerində, "Sassuolo" isə 33 xalla 11-ci yerində qərarlaşıb.

Qeyd edək ki, lider 56 xalla "Milan" klubudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti