...

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun ilk gününün finalçıları müəyyənləşib

İdman Materials 22 Aprel 2022 18:28 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun ilk gününün finalçıları müəyyənləşib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun birinci günü çərçivəsində halqa və topla hərəkətlər üzrə fərdi proqramın finalçıları müəyyənləşib.

Onlar aşağıdakı kimidir:

Sofiya Raffaelli (İtaliya, 33.000 xal), Boryana Kalein (Bolqarıstan, 32.650 xal), Arzu Cəlilova (Azərbaycan, 32.050 xal), Zöhrə Ağamirova (Azərbaycan, 31.650 xal), Təhminə İkromova (Özbəkistan) 33.2 xalla finala yüksəlib. halqa ilə ), Adi Asya Katz (İsrail, 30,650 xal), Sumire Kita (Yaponiya, 30,550 xal) və Eva Brezəliyeva (Bolqarıstan, 30,400 xal).

Topla yekun hərəkətlər - Boryana Kalein (Bolqarıstan, 33,300 xal), Milena Baldassarri (İtaliya, 32,250 xal), Arzu Cəlilova (Azərbaycan, 31,000 xal), Sofiya Raffaelli (İtaliya, 30,600 xal), Daria Atamanova (İtaliya) 30,450 bal) ), Eljana Tanieva (Qazaxıstan, 30,150 bal), Evita Qriskenas (ABŞ, 30,000 bal) və Lili Mizuno (ABŞ, 30,000 bal).

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti