...

Azərbaycan üzgüçüləri lisenziya xarakterli beynəlxalq turnirdə iştirak edəcək

İdman Materials 28 Aprel 2022 11:43 (UTC +04:00)
Azərbaycan üzgüçüləri lisenziya xarakterli beynəlxalq turnirdə iştirak edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycan üzgüçüləri 29 aprel-1 may tarixlərində Çexiyanın Ostrava şəhərində üzgüçülük növü üzrə keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcək. Bu yarış həm Budapeştdə, həm də 2023-cü ildə Fukaukada keçiriləcək dünya çempionatına lisenziya xarakterli bir yarışdır.

Trend xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyandan verilən məlumata görə turnirdə ölkəmizlə yanaşı İsveçrə, Ukraina, Ruminiya, Polşa, Macarıstan, Xorvatiya, Cexiya və Gürcüstandan idmançılar öz güclərini sınayacaqlar. Bu yarışda Azərbaycan yığma komandasını yeni tərtib olunmuş normativ cədvəlinə uyğun normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm Şeyxəlizadə,Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək. Üzgüçülük üzrə yığmanın baş məşqçısı Rəşad Əbdurrəhmanovun sözlərinə görə komanda bu yarışa əzmlə hazırlaşıb:

“Bu yarış komandamızın dünya çümpionatına lisenziya qazanması baxımından çox önəmlidir. Ümid edirik ki, üzgüçülərimiz bu yarışda öz göstəricilərini daha da yaxşılaşdıraraq finala vəsiqə qazananlar sırasında olacaqlar. Bu turnirdə çox güclü idmançılar iştirak edəcəklər. Çox çalışırıq ki, Azərbaycan üzgüçüləri ən yaxşı nəticələr göstərənlər sırasında olsunlar” deyə millinin baş məşqçisi əlavə edib.

Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə milli komanda artıq Çexiyadadır və hazırda məşqləri davam etdirirlər. Beynəlxaq turnir sabah start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti