...

Sabah Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

İdman Materials 28 May 2022 12:36 (UTC +04:00)
Sabah Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Bakı. Trend:

Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin və Regional İnkişaf İctimai Birliyinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək. AAF-dan verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.

Federasiyadan Trend-ə verilən məlumata görə, yürüşdə iştirakçılar və tamaçılar arasında müsabiqələr keçiriləcək və qaliblər Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən mükafatlandırılacaq. İştirakçılar və tamaşaçılar arasında qaliblər “Ən unikal avtomobil”, “Ən nizamlı sürücü”, “Ən rəngarəng retro geyim” və digər nominasiyalar üzrə müəyyənləşəcək.

Qeyd edək ki, öncədən qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 13:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti