...

Azərbaycan gimnastı Bolqarıstanda keçirilən Dünya Kubokunda qızıl medal qaznıb

İdman Materials 29 May 2022 16:35 (UTC +04:00)
Azərbaycan gimnastı Bolqarıstanda keçirilən Dünya Kubokunda qızıl medal qaznıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 26-dan 29-dək Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, yarışda ölkəmizi yığma komandamızın üzvləri Samirə Qəhrəmanova, Milana Minakovskaya, Nikita Simonov, Mənsum Səfərov, Ağamurad Qəhrəmanov təmsil ediblər.

Komandamızın üzvü Nikita Simonov halqalarla çıxışına görə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti