...

Azərbaycan idmançıları İslamiadada stend atıcılığı yarışlarında qızıl medal qazanıblar (FOTO)

İdman Materials 16 Avqust 2022 16:32 (UTC +04:00)
Azərbaycan idmançıları İslamiadada stend atıcılığı yarışlarında qızıl medal qazanıblar (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında stend atıcılıq yarışlarında qızıl medal qazanıblar.

Trend-in məlumatına görə, Fuad Qurbanov və Nurlana Cəfərova finalda Küveyt yığmasını 6:3 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Xəbər lenti

Xəbər lenti