...

Hindistan Futbol Federasiyasının FIFA-dakı fəaliyyətinin dayandırılması qərarı ləğv olunub

İdman Materials 26 Avqust 2022 21:57 (UTC +04:00)
Hindistan Futbol Federasiyasının FIFA-dakı fəaliyyətinin dayandırılması qərarı ləğv olunub

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyasının (FIFA) Şura Bürosu Bütün Hindistan Futbol Federasiyasının (AIFF) təşkilata üzvlüyünü dayandırmaq barədə qərarını ləğv edib.

Trend-in məlumatına görə, bu barədə FIFA-nın mətbuat xidməti bildirib.

FIFA avqustun 15-də üçüncü tərəflərin qanunsuz təsiri səbəbindən AIFF üzvlüyünü dayandırıb. Daha sonra India Today xəbər verib ki, bu qərar AIFF-in keçmiş rəhbəri Praful Patel istefa verməkdən imtina etdikdən sonra verilib.

FIFA-nın mətbuat xidmətindən bildirilib ki, təşkilat AİFF-in icraiyyə komitəsinin səlahiyyətlərini öz üzərinə götürmək üçün yaradılmış İnzibatçılar Komitəsinin mandatına xitam verilməsi barədə təsdiqi alıb. AIFF rəhbərliyi qurumun fəaliyyətinə nəzarəti bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti